Banner

Dünyanın ən qəribə qəsəbələri - FOTOLAR

Avtosfer Foto 4 Avqust 2017 21:39 Oxunub 2012
Dünyanın ən qəribə qəsəbələri - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bəziləri azadlıq və əyləncəli yaşam tərzləri ilə seçilir

Dünyanın müxtəlif yerlərində elə qəsəbələr var ki, fərqli qaydalarına, xüsusiyyətlərinə görə turistlərin marağını cəlb edir. Bəzilərində sərt qaydalar olduğu təqdirdə, bəziləri isə azadlıq və əyləncəli yaşam tərzləri ilə seçilir.

Avtosfer.az “Qafqazinfo”ya istinadən dünyanın ən qəribə 9 qəsəbəsini təqdim edir:

Tək binalı qəsəbə

Alyaskada yerləşən Vittier qəsəbəsində hamı bir binada yaşayır. Çünki böyük bir binadan başqa ətrafda başqa ev yoxdur. Bu səbəbdən qəsəbə sakinlərinin hamısı bir-birinə qonşudur.

Hallstatt imitasi

Uzaq olduğu üçün Avstraliyanın məşhur tətil qəsəbəsi Hallstatta gedə bilməyən çinlilər maraqlı bir yola əl atıb. Belə ki, onlar ölkədə qəsəbənin eynisi inşa edib.

Ölmək qadağan olunan qəsəbə

Norveçin Svalbard adasında yerləşən Longrearbyen qəsəbəsi dünyanın ən şimal ərazilərindəndir. İqlimin getdikcə soyuması səbəbindən 70 ildir ki, ölənlərin dəfn mərasimi başqa yerlərdə edilir. 

Yadplanetlilər qəsəbəsi

Amerikada Rosvell qəsəbəsində 1947-ci ildə yaşanan bir hadisə sakinlər tərəfindən hələ də unudulmur. İnsanlar qəsəbədə yadplanetli boşqabının qəza etdiyini iddia edir. Bu səbəbdən ərazi hələ də yadplanetli qəsəbəsi adlanır.

Cəhənnəm qəsəbəsi

Amerikada yerləşən bu qəsəbənin niyə belə adlandırıldığını dəqiq bilən olmasa da, ərazidəki bütün obyektlərin adı cəhənnəm mənasını daşıyan hell sözü ilə bağlıdır. Lövhələrin qarşısında şəkil çəkdirmək isə ödənişlidir.

Qayaların altında qəsəbə

İspaniyada yerləşən Setenil qəsəbəsi qayanın altında yerləşir. Binaların maraqlı arxitekturasına görə son illər qəsəbəyə böyük turist axını var.

Ən mavi qəsəbə

Fəsdəki Çefçaouen qəsəbəsi hazırda dünyanın ən mavi yerlərindəndir. Qəsəbədə yerləşən bütün binaların divarları mütləq şəkildə mavi rəngə boyanır. Rəvayətə görə, bunun səbəbi keçmişdə yəhudilərin burada yaşaması və onların inancına əsasən mavinin müqəddəs rəng olmasıdır.

Mağaralar qəsəbəsi

Tunisin cənubunda Matmata qəsəbəsində evlər mağaraların içində yerləşir. Oyuqlarda tikilən evlər turistlərin də böyük marağına səbəb olub.

İki ölkənin qəsəbəsi

Büsingen Hochrheiadlı qəsəbə həm İsveçrə, həm də həm də Almaniya ərazisindədir. İqtisadiyyat baxımından İsveçrə, hakimiyyət baxımından isə Almaniya torpağı sayılır.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh