Əcnəbi vətəndaşları soyan dəstə saxlanıldı - FOTOLAR

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində xarici ölkə vətəndaşına qarşı soyğunçuluq edən və avtomobil qaçıran dəstə üzvləri saxlanılıb. Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi (RPİ) 13-cü Polis Bölməsi (PB) Pakistan vətəndaşı Qulam Murtazaya məxsus içərisində 150 manat, 100 dollar, habelə mobil telefon olan pul kisəsini soyğunçuluq yolu ilə alan əvvəllər məhkum olunmuş şəxslər – Füzuli rayon sakini Cavad Nəsirov və İsmayıllı rayon sakini Süleyman Səfərov saxlanılıblar. Saxlanılan şəxslərin ətraflarında keçirilən əlavə tədbirlərlə onların həmin gün dəstənin digər üzvü Masallı rayon sakini Uğur Abışovla birlikdə Bakıxanov qəsəbəsində Həsən Sadıqzadəyə məxsus “Vaz 2106” markalı avtomobili qaçırdıqları da müəyyən edilib. Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində dəstənin digər üzvü U.Abışov da saxlanılaraq istintaqa təqdim edilib.
Qeyd edək ki, saxlanılan şəxslər avtomobili qaçırandan sonra həmin nəqliyyat vasitəsinin İsmayıllı rayonuna apararaq orada 450 manata satıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır. Polis əməkdaşları soyğunçuluq və oğurluq etməkdə şübhəli bilinən bu şəxslərin digər cinayətlərdə iştirak etdiklərini də istisna etmirlər. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Sabunçu RPİ 13-cü Polis Bölməsinə müraciət edə bilərlər.
Emin
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR














