Əfsanə geri qayıdır - FOTO

"Range Rover"in əfsanəsi geri qayıdır. Həm də 48 illik fasilədən sonra. Yenilik bir neçə həftə sonra - mart ayının 6-da Cenevrə Avtomobil sərgisində nümayiş olunacaq. Bu, 1970-ci ildən sonra hazırlanan ilk iki qapılı (Evoque istisnadır) "Range Rover"dir. Avtosfer.az-ın məlumatına görə, "SV Coupe" adlı maşın "Land Rover Special Vehicle Operations" tərəfindən məhdudu sayda- ancaq 999 ədəd istehsal ediləcək. Maşın il sonunda satışa çıxacaq. Dünyanın ilk tam həcmli lüks "SUV Coupe"si kimi təqdim edilən maşın "Land Rover"in ən bahalı modellərindən biri kimi də tanınmalıdır.
Maşın həm daxildən, həm də xaricdən son dərəcə şık dizayna sahibdir. İlk rəsmi fotoda dəri salon, döşəmələr, taxtadan trime onun nə dərəcədə lüks olduğunu sübut edir. 575 at gücündə 5 litrlik V8 mühərrikə sahib olması gözlənilən modelin qiyməti dəqiqləşməyib. Amma onun dəyərinin "Range Rover SVAutobiography"dən (adıçəkilən markanın ən bahalı maşını) belə üstün olacağı gözlənilir.
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
Nasaz avtomobili ilə yük maşınının arasında qalan sürücü öldü - FOTO
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO










