Goranboylunun 1937-ci ildə istehsal olunan "BMW"si – FOTO+VİDEO

Avtomobilini satın almaq istəyənlər olsa da heç kəsə satmır. Müasir dövrümüzdə sürətli və kreativ avtomobillərin həvəskarı oduğu kimi köhnə maşınların da kolleksiyaçılarına rast gəlmək mümkündür. Avtosfer.az arb24-ə istinadən xəbər verir ki, onlardan biri Goranboy rayon Dəliməmmədli şəhər sakini Nahid Tanrıverdiyevdir. 1937-ci ildə istehsal olunan "BMW" markalı avtomobil hazırda onun həyətindədir. Fərqli görünüşə malik 80 yaşlı maşın hələ də saz vəziyyətdədir. Yollarda şütüyən zaman hər kəs ayaq saxlayıb maşını izləyir. Almaniyada istehsal edilən, daha çox bu ölkədə filmlərdə çəkilən "BMW-328" Goranboya 7 il əvvəl gətirilib. Rəngi ilə daha çox diqqət çəkən "BMW"nin qapıları da fərqli formada açılır. Bu avtomobilin 80 yaşı var, amma hələ də saz vəziyyətdədir. Avtomobilə yüksək məbləğdə pul verərək satın almaq istəyənlər də olub. Lakin sahibi maşının hədiyyə olduğunu, bu səbəbdən də heç kəsə satmayacağını bildirib.
Bakıda "BMW-X5" "Hyundai"la toqquşub klinikaya çırpıldı - FOTOLAR
“Toyota” bu modelin istehsalına yenidən başlayır: Fərqli mühərriklərlə - FOTO
Traktorda sürət rekordu - FOTOLAR
Dəmir yollarımızın 146 illik tarixi və fədakar əməkdaşları – FOTOSESSİYA
Ucarda "Mercedes" sürücüsü velosipedçini vurub ÖLDÜRDÜ - FOTOLAR
Yeni “Hyundai Tucson” təqdim edildi – Dizel mühərriklərə əlvida - FOTO
“AA” nömrəli maşını elə saxladı ki… - 99-AA-386 - FOTO
Bu küçədə yolayrıcıları parkinqə çevrilib – Sakinlər hər gün eyni mənzərə ilə üzləşir - FOTO
"Kontakt Home"un fırıldağının üstü açıldı - Ödənişlər geri qaytarılacaq - FOTO
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO

















