Günün fotosu: ən uzun çadır və ən yeni asfalt

Bu şəkil Bakıda çəkilib, sosial şəbəkədə paylaşılıb. Hələlik müəlifi bilinmir. Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, bir Azərbaycan mənzərəsidir bu. Başqa ölkələrdə yas çadırı qurmurlar, bildiyimizə görə. Başqa ölkələrdə yas çadırı qursalar da, bu uzunluqda qurmurlar. Göründüyü kimi, çadırın uzunluğu 50 metrə yaxındır. Hiss olunur ki, yas yerinin sahibi tanınmış, imkanlı adamdır və bu üzdən qonaq-qarası çox olacaq. Bizdə qaydadır, imkanlı, vəzifəli, tanınmış adamların toyunun da, yasının da qonaq-qarası çox olur. Adətdəndir. Ölkənin ən uzun yas çadırının sahibinin imkanlı və ya vəzifəli (əslində bunlar üzvi şəkildə bir-birilə bağlıdır) olmasının bir göstəricisi də yas çadırırnın girişinin asfaltlanmasıdır. Göründüyü kimi, hadisə yerinə artıq bir maşın asfalt boşaldılıb, yetməsə, biri də gələcək. Təbiidir, heç kəs istəməz ki, onu sayıb hüzr məclisnə gələn adamın ayağı toza, palçığa batsın. Ona qalsa, beş-altı il əvvəl atasının hüzr çadırına sensorla qapı qoyduran məmurlar da olub. Bununa belə, bu cür mənzərəni görənlər arzulaya bilər ki, keşkə onların küçəsində yaşayan imkanlı adamların da tezliklə hüzrü düşsün, bəlkə küçələri asfaltlana.
Bu küçədə səki illərdir parkinqə çevrilib - FOTO
Bakıdakı bu ərazidə hərəkətin təşkili belə olmalıdır – TƏKLİF - FOTO
Formula-1 yarışlarının təhlükəsizlik avtomobilləri - FOTO
"Ferrari"nin əfsanəvi modeli HƏRRACDA - FOTO
Transformerlərə bənzəyən avtomobil təqdim olundu - FOTOLAR
Yağışlı havada sürüşən avtobus svetoforda dayanan maşına çırpıldı; 4 yaralı var - FOTOLAR
İşıqforda dayananda yandakı maşının təkərinə niyə diqqət etməlisiniz? - FOTO
Sabiq prezidentlər hansı avtomobilə üstünlük verib? – ARAŞDIRMA - FOTOSESSİYA
İrandan Azərbaycan kulinariya bloquna təhdidlər: Dadkes.az hədəfə götürülüb - FOTO
Naxçıvana 50 km yolumuz olacaq - Zəngəzur dəhlizində SON VƏZİYYƏT - FOTOLAR
Bu küçələrdə yeni işıqforlar quraşdırıldı - FOTO











