Hövsanda avtomobil "kabusları" saxlanılıb - FOTO

Suraxanı Rayon Polis İdarəsi (RPİ) 30-cu Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən Hövsan qəsəbəsində avtomaşınların ehtiyat hissələri oğurlayan şəxslərə qarşı əməliyyat keçirilib. Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bu ilin noyabrın 15-də saat 03:00 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsində Səfər Rəşidova məxsus “VAZ-2103” markalı avtomobildən akkumulyator oğurlamağa cəhd göstərən paytaxt sakinləri Nicat Məmmədov, Samir Rəhimov, Lerik rayon sakini Elmir Qasımov və Cəlilabad rayon sakini Nuran Həmidov saxlanılaraq məsuliyyətə cəlb ediliblər.
Araşdırma zamanı onların noyabrın 8-dən 12-dək olan müddətdə daha 4 avtomobildən akkumulyator oğurlamaları da müəyyən edilib. Saxlanılan şəxslər oğurladıqları ehtiyat hissələrini paytaxt ərazisində yerləşən müxtəlif metal qəbulu məntəqələrinə dəyərindən aşağı qiymətə satdıqlarını və əldə etdikləri gəliri aralarında böldüklərini bildiriblər.
Qeyd edilən faktlarla bağlı Suraxanı RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
Elmin
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
Nasaz avtomobili ilə yük maşınının arasında qalan sürücü öldü - FOTO
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO















