“Hyundai” avtosalondan alınan maşın çürüyür - Fotolar

Binəqədi rayon sakini Hüseynov Davud Avosfer.az saytına müraciət edib. Vətəndaş bildirib ki, Ziya Bünyadov prospektində yerləşən “Hyundai” avtosalondan 2013-cü ilin sonlarında “Geely” markalı avtomobil alıb. Çin istehsalı olan avtomobilə vətəndaş 18 min 500 manat pul ödəyib. Bir neçə aydan sonra avtomobilin müxtəlif hissələrinə çürümə prosesi başlayıb. Bununla əlaqədar olaraq sürücü avtosalona müraciət edib. Onu Babək prospektində yerləşən digər bir servisə yönləndiriblər. Servisdə sürücüyə bildiriblər ki, ilk dəfədir belə bir vəziyyətlə qarşılaşırlar. Lakin buna baxmayaraq problem tezliklə həll ediləcək. Sürücü iddia edir ki, əlil olduğu və səhhətində problemlər olduğu üçün servisə tez-tez gedə bilmir. Şirkət isə onu süründürməçiliyə salır. Avtomobil nə təmir edilimir, nə də dəyişdirilmir. Halbuki alınan zaman avtomobilə 3 il, yaxud 100 min km zəmanət verilib. Avtomobil isə cəmi 14 min km yol qət edib. Sürücü qeyd edir ki, onun probleminə biganə yanaşılır və çürümə prosesi davam edir.
Qeyd edək ki, avtomobilin bir neçə detalı dəyişsə də digərlərində çürümə prosesi davam edir
Avtosfer.az saytı qarşı tərəfin mövqeyini öyrənmək üçün “Hyundai Azərbaycan” şirkəti ilə əlaqə saxlayıb. Qarşı tərəfin də mövqeyini dərc edəcəyik.
Orxan
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR






















