İki qardaş avtobusun altında 80 kilometr yol getdi - Ürək ağrıdan FOTO

Çində kənd internat məktəbində oxuyan iki qardaşın avtobusun altında 80 kilometr yol getməsi dünya mediasında, eləcə də sosial şəbəkələrdə böyük səs-küy yaradıb. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, kasıb bir kənddə yaşayan qardaşların əyalət mərkəzinə getmək istədikləri məlum olub. Yaşları 8-9 yaş arası olan uşaqlar orada işləyən valideynləri üçün darıxdıqlarından belə bir addım atıblar. Qeyd edilir ki, Çində bir çox valideyn işləmək üçün şəhər mərkəzlərinə üz tutur. Bəzi uşaqlar nənələriylə, bəziləri isə tək yaşamaq məcburiyyətində qalırlar. Qət etdikləri yolun 3 kilometri dik yamac olsa da, sağ-salamat qalan uşaqların hekayəsi sosial şəbəkələrdə geniş müzakirə olunub. On minlərlə insan bu fotoları “ürəkparçalayıcı” sözləri ilə paylaşıb.

Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
Nasaz avtomobili ilə yük maşınının arasında qalan sürücü öldü - FOTO
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO










