Banner

İlk dərs günü qəzada ölən azyaşlı qardaşların - FOTOSU

Avtosfer Foto 16 Sentyabr 2017 23:48 Oxunub 2193
İlk dərs günü qəzada ölən azyaşlı qardaşların - FOTOSU
WhatsApp kanalımıza abunə ola bilərsiniz
6 yaşlı Ucalın dünən ilk dəfə məktəbə getdiyi bildirilir

Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar- Kürdəmir sərhədində Bakı şəhərinin Qaradağ rayon sakini Elmin Hüseynova məxsus “Toyota” markalı minik maşını idarəetmədən çıxaraq səkiyə çırpılıb. Nəticədə, sürücünün oğulları Ucal Hüseynov (2011-ci il) və Firdovsi Hüseynov (2013-cü il)  hadisə yerində ölüblər. “Qafqazinfo” xəbər verir ki, qəzanın qurbanı olan azyaşlı qardaşların fotosu sosial şəbəkədə yayılıb. 6 yaşlı Ucalın dünən ilk dəfə məktəbə getdiyi bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov həmin dəhşətli hadisəyə belə münasibət bildirib: Sözlə ifadəsi mümkün olmayan duyğular... Bu iki məsum körpə dünən Kürdəmirdəki bir avtomobil qəzasında dünyasını dəyişiblər.  Bu, artıq hər şeyin bitdiyi nöqtədir: Kimdir günahkar? Səbəb nədir? Suallar da, cavblar da əhəmiyyətsizdir. Əsas odur ki, bu mələk kimi körpələr heç vaxt günahkar ola bilməzlər...

Bəlkə bu qətliamı bitirək? Axı avtomobil belə qətliamlar üçün yaradılmıyıb. Onu yaradan belə məsum körpələrin öz baba-nənəsinə, ata-anasına tez və salamat çatmasını düşünüb...

Ayılın, ey sükan tutanlar. Belə ola bilməz...".

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh