İti vurmamaq üçün manevr edən sürücü ağır qəza törətdi: 3 nəfər öldü - FOTO

İti vurmamaq üçün manevr edən sürücü ağır yol qəzası törədib. Avtosfer.az xəbər verir ki, faciəvi hadisə Türkiyənin Balıqəsir şəhərində baş verib.
Məlumata görə, Həsən Özqaya idarə etdiyi “Tofaş” markalı minik avtomobili ilə hərəkətdə olarkən qarşısına anidən it çıxıb. O, heyvanı vurmamaq üçün kəskin manevr edib və idarəetmədən çıxan nəqliyyat vasitəsi səkinin üzərindən keçərək əks yolda hərəkətdə olan Veysəl Başakın idarə etdiyi yük maşını ilə toqquşub.
Zərbənin şiddətindən “Tofaş”ın ön hissəsi yarıya qədər yük maşınının altına hərəkət edərək deformasiyaya uğrayıb.
Nəticədə “Tofaş”ın sürücüsü, sərnişini Əli Yıldız və Nazifə Nehir Ağyaya hadisə yerində ölüblər. Digər sərnişin Fatma Sıla Ecerel isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Namiq Musayev


“Toyota” bu modelin istehsalına yenidən başlayır: Fərqli mühərriklərlə - FOTO
Traktorda sürət rekordu - FOTOLAR
Dəmir yollarımızın 146 illik tarixi və fədakar əməkdaşları – FOTOSESSİYA
Ucarda "Mercedes" sürücüsü velosipedçini vurub ÖLDÜRDÜ - FOTOLAR
Yeni “Hyundai Tucson” təqdim edildi – Dizel mühərriklərə əlvida - FOTO
“AA” nömrəli maşını elə saxladı ki… - 99-AA-386 - FOTO
Bu küçədə yolayrıcıları parkinqə çevrilib – Sakinlər hər gün eyni mənzərə ilə üzləşir - FOTO
"Kontakt Home"un fırıldağının üstü açıldı - Ödənişlər geri qaytarılacaq - FOTO
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR












