Avtosfer.az | Reklam
Komitə rəhbərinə məxsus AA seriyalı avtomobil qaydaları belə pozdu - FOTO
Avtosfer Foto 23 Fevral 2018 00:03 Oxunub 2103
Komitə rəhbərinə məxsus AA seriyalı avtomobil qaydaları belə pozdu - FOTO
Bakı Nəqliyyat Agentliyi pandus düzəldir, intizamsız sürücülər isə dağıdır

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun 90-AA-321 qeydiyyat nişanlı "Mercedes" markalı xidməti avtomobili paytaxtın Səməd Vurğun küçəsində səkidə park edilən zaman fotoşəkli qeydə alınıb. Avtosfer.az xəbər verir ki, həmin avtomobilin səkidə park edilməsi piyadalar üçün maneçilik yaradıb.

Məlumdur ki, Bakı Nəqliyyat Agentliyi paytaxtda panduslar yaradır ki, piyadalar səkiyə rahatlıqla düşüb-çıxa bilsinlər. Amma pandusdan istifadə edərək öz rahatçılığını düşünən sürücülər piyadalara qarşı hörmətsizlik etmiş olur. Dövlət məmurunun bu cür intizamsızlığı cəmiyyət arasında birmənalı qarşılanmayıb. Bu cür vəzifəli,dövlətin keşiyində olan şəxslər ölkə vətəndaşlarına bir nümunə və örnək olmalıdırlar.

Komitənin mətbuat xidməti isə məlumat yayaraq bəyan edib ki, Komitə rəhbərliyinin avtomobilinin guya pandusun üzərindən çıxarılaraq Komitə binasının qarşısında saxlanılması barədə məlumat qeyri-dəqiqdir: "Avtomobili pandusun üzərindən çıxarılmayıb. Bu heç fiziki baxımdan mümkün də deyil. Avtomobil o hündürlükdə pandusun üzərinə necə qaldırmaq olar? Fotoya bir də diqqətlə baxın xahiş edirəm. Binanın qarşısında Dövlət Komitəsinə gələn rəsmi qonaqların, nümayəndə heyətlərinin, eyni zamanda Komitə rəhbərliyinin avtomobillərinin binaya yaxınlaşması üçün xüsusi yer var. Təqdim olunan fotolarda bu aydın görünür. Komitəyə gələn xarici qonaqların, xüsusilə rəsmi şəxslərin təhlükəsizliyi üçün bu imkan yaradılıb. Yəqin hər kəs razılaşar ki, yüksək səviyyəli rəsmi şəxsləri nəqliyyatın hərəkətinin intensiv olduğu bir ərazidə, yolun ortasında avtomobildən düşürmək nəinki protokol qaydalarına ziddir, həm də təhlükəsizlik baxımından yolverilməzdir. Avtomobil Komitənin qarşısına pandusun üzərindən deyil, fotoda göründüyü kimi xeyli irəlidən çıxarılıb. Sadəcə sürücünün səhvi odur ki, avtomobili pandusun qarşısında və səkinin üzərində saxlamamalıydı. Bununla bağlı da sürücüyə xəbərdarlıq olunub. Məsələ bu qədər sadədir".

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh