"Mercedes"dən möhtəşəm kabriolet – VİDEO + FOTO

Almaniyanın "Daimler-Benz" korporasiyası "Mercedes-Maybach 6 Cabriolet" konsept modelini təqdim edib. Avtosfer.az milli.az-a istinadən bildirir ki, "Mercedes"in baş dizayneri Qorden Veqenerin əsəri olan bu iki yerlik kabrioletin uzunluğu 5700 mm, eni 2100 mm, hündürlüyü 1340 mm-dir. Avtomobil ötənilki "Vision Mercedes-Maybach 6" kupesinin bazasında hazırlanıb.
Yeni konsert modeldəki 747 at gücündə, 55-0 kVt-lıq 5 elektrik mühərriki 100 km/saat sürəti 3,8 saniyəyə əldə edir. Avtomobilin maksimal sürəti 250 km/saatdır. Akkumulyatorları enerji ilə tam doldurulandan sonra avtomobil NEDC standartı ilə 500 km, EPA standardı ilə 322 km məsafə qət edir.
Dəbdəbəli yaxtanı xatırladan "Mercedes-Maybach 6 Cabriolet"in salonu çəhrayı qızılla bəzədilib. Təkərlərdə isə 24 düymlük yüngül disklər var. Salondakı biometrik qurğular sürücünün və sərnişinin səhhətinin durumunu sürəkli monitorinq edir. "Mercedes" şirkəti bu avtomobili Ener-G-Force, AMG Vision Gran Turismo və Vision Tokyo konseptləri ilə bir tutur.
Sadalanan konseptlərin satışa çıxacağı günü gözləmək istəməyənlərsə "Mercedes-Maybach S"-i ala bilərlər.
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR








