Milyarder iki yaxtasında səyahətə çıxıb - FOTO

Əslən belarus olan milyarder Andrey Melniçenkonun yaxtaları Cəbəllüttariqdən keçib. Avtosfer.az milli.az-a istinadən bildirir ki, 45 yaşlı milyarderin sifarişi ilə 2015-ci ilin yayında Almaniyadakı Nobisberq şəhərinin tərsanəsində "White Pearl" adlı yelkənli superyaxta inşa edilməyə başlanmışdı. Melniçenko sonradan bu yaxtanın adını dəyişmiş, əslən serb olan xanımı, sabiq model Aleksandranın şərəfinə "A" adlandırmışdı. 438 milyon dollar dəyərindəki, 8 mərtəbəli yaxtanın rəsmi adı indi "Sailing Yacht A"dır (S/YA). Dünyanın ən böyük yaxtasının uzunluğu 147 metrdir. Onun üçmərtəbəli atriumu, böyük hovuzu, karbohidrogen liflərdən hazırlanmış 3 dor ağacı var. Yaxta artıq tam hazırdır. Dünən "S/YA"nın yanında A.Melniçenkonun ilk yaxtası olan "Motor Yacht A" (M/YA) da vardı. Bu yaxta 2008-ci ildə inşa olunub. Hər iki yaxtanın layihə müəllifi Filipp Starkdır. 45 yaşlı A.Melniçenkonun 13,2 milyard dollarlıq varidatı var. O, dünanın ən böyük mineral gübrə istehsalçılarından olan "YevroXim"in sahibidir. A.Melniçenkonun Rusiyada daş kömür və elektroenerji istehsalı sahələrində də böyük korporasiyaları var.
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR

























