Möhtəşəm "BMW" festivalından qaynar - FOTOLAR

Sentyabrın 10-da “BMW club Azerbaijan” və “Çıraq Studionun” təşkilatçılığı, “HED Academy”nin dəstəyi ilə Azərbaycanda ilk dəfə “BMW” festivalı keçirilib. Festivalın proqramna əsasən Heydər Əliyev Mərkəzinin qarşısından avtoyürüşlə start verildi. Avtoyürüş Bakı Olimpia Stadinonunda sonlandı. Bakı Olimpiya Stadionuna aid olan qapalı ərazidə drift, drag və digər avto-idman növlərindən ibarət şou proqram, ilin “Miss BMW”-si, “Ən gözəl avtomobil” və s. müsabiqələr keçirilildi. Bir sözlə festival bir çox maraqlı hadisələrlə yadda qaldı.
Avtosfer.az-ın əməkdaşı “BMW” festivalından iştirak edib və oradan reportaj hazırlayıb. Həmin reportajı oxucularımıza təqdim edirik.
İlk öncə başlayaq Heydər Əliyev Mərkəzinin qarşısından. Mərkəzin qarşısında müxtəlif model “BMW” maşınları saxlanılmışdı. Sürücülərdən kimi dostarlı ilə söhbət edir, kimi də müxtəlif şəkillər çəkdirirdi. Bir sözlə, sürücülər çox sevinci görsənirdi. Axı, bu festival Azərbaycanda ilk dəfəydi keçirilirdi. Bu çox böyük uğur idi. Festivala insanların da maraqları çoxuydu. Onlar da müxtəlif markalı “BMW” maşınları ilə şəkillər çəkdiridilər. Həm sürücülər, həm də həvəskarlar avtoyürüşün başlanmağını səbirsizliklə gözləyirdilər. Bu arada avtoyürüşdə 50-də çox müxtəlif markalı “BMW” maşınları vardı. Nəhayət avtoyürüşə Heydər Əliyev Mərkəzinin qarşısından start verildi və Bakı Olimpiya Stadinonunda başa çatdı. Stadionun ərazisinə girər-girməz sürücülər alqışlarla qarşılandı. Stadionda 1500-dən çox insan vardı. Maraqlı odur ki, iştirakçılar arasında qadınların sayı heç də kişilərdən geri qalmırdı. Hər kəs sürücülərlə, maşınlarla şəkillər çəkdirdi. Bir sözlə festivala maraq çox idi. Orada iştirak edən şəxslərin, tədbirin təşkilatçısının fikrini aldıq.
Tədbirin təşkilatçılarından olan "BMW Klubun" prezidenti Bəxtiyar Əliyev dedi ki, bu tədbir ilk dəfədir ki, Azərbaycanda keçirilir. “Festivalda 500-dən çox “BMW” markalı avtomobil iştirak edir. Həqiqətən də festivala maraq çox böyük idi. Əvvəllər belə festivallar Gürcüstanda və digər ölkələrdə keçirilirdi. Nəhayət ki, belə bir gözəl tədbir Azərbaycanda da baş tutdu. Göründüyü kimi bura qatılan hər bir şəxsin üzünüdə təbəssüm var. Bizi sevindirən digər məqamlardan biri də odur ki, balaca uşaqlar da tamaşaçılarımızın sırasındadır. Festivalın keçirilməsinə görə, “BMW club Azerbaijan”, HED Academy”, media dəstəyinə görə Avtosfer.az saytına, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə təşəkkürümü bildirirəm. Ümid edirəm ki, bu tədbirin davamı gələcək”.
Tədbirin iştirakçısı Ramil adlı şəxs bildirdi ki, maşınların şahı “BMW”-dir. “BMW” mənim ən sevdiyim maşın markasıdır. İnanırsınız burada iştirak etməkdən ötəri işdən icazə almışam. Xüsusən də “BMW”-nin yeni markalarını görmək istəyirəm. Mənim burada daha çox xoşuma gələn maşın 444 nömrəli "X6" oldu. Çox qəşəng maşındı. Özüm həvəskar olduğum üçün tez-tez internetdə “BMW” maşınlarının driftinə baxıram. Bu festival zamanı da ən xoşuma gələn drifti göy “BMW”-nin sürücüsü göstərdi. Hər kəsə təşəkkür edirəm. Axarıncı olsun”.
Mirmahmud
"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR
Bu prospektdə hərəkət sxemi dəyişir - Düzünə getmək mümkün olacaq - FOTO
Bakının tramvay tarixi; maşinistlər yenə qadınlar olmalıdır? - ARAŞDIRMA
Rus və ukraynalıların Afrika səhrasındakı döyüşlərindən geriyə qalan avtomobillər - FOTOLAR
Sovet avtomobillərinin reklam üzü niyə məhz rus qadınları idi? - FOTOLAR
Lökbatanda sovet memarlarının “səhvləri” belə düzəldilir - FOTOLAR
































































