Onları polis axtarır – Görənlər 102-yə zəng etsin - FOTOLAR

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti itkin düşən şəxslərlə bağlı məlumat yayıb. Avtosfer.az-a daxil olan məlumatda bildirilir ki, Bakı şəhərində anadan olmuş 1958-ci il təvəllüdlü Mirvahid Musəvi cari il mayın 22-də saat 20:00 radələrində yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi ev 49, 37 saylı mənzildən çıxıb və bir daha geri qayıtmayıb. Onun əlamətləri: boyu 175 sm, arıq bədənli, gözləri qəhvəyi rəngdə, daimi eynəkdə olub, saçları ağdır.
Evdən çıxarkən əynində göy pencək, qara şalvar, qara ayaqqabı olub. Mirvahid Musəvini görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Xidməti”nə, həmçinin Nərimanov Rayon Polis İdarəsinə (012) 567-02-02 nömrəli telefona zəng vuraraq məlumat vermələri xahiş olunur.
Kürdəmir rayonunda anadan olmuş 25 yaşlı Solmaz Asim qızı Qaçayeva mayın 19-da saat 23:30 radələrində yaşadığı Bakı şəhəri, Nərimanov rayonunda yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Onun əlamətləri: boyu 162 sm, kök bədən quruluşuna malikdir, qara uzun saçlı, gözlərinin rəngi qaradır. Evdən çıxarkən əynində göy cins şalvar, qırmızı kofta, ağ idman ayaqqabısı olub.
Solmaz Qaçayevanı görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102 Xidməti”nə, həmçinin Nərimanov Rayon Polis İdarəsinə (012) 567-02-02 nömrəli telefona zəng vuraraq xəbər vermələri xahiş olunur.
Elmin
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
Nasaz avtomobili ilə yük maşınının arasında qalan sürücü öldü - FOTO
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO












