"Peking to Paris Motor Challenge” rallisinə start verildi - FOTO

İyunun 9-da səhər saatlarında “Peking to Paris Motor Challenge” rallisinin Azərbaycan mərhələsinə start verilib.
Avtosfer.az xəbər verir ki, Heydər Əliyev Mərkəzinin qarşısından başlayan Azərbaycan mərhələsi Gənclər və İdman Nazirliyi, Azərbaycan Avtomobil Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin dəstəyi ilə təşkil olunub.
Sayca 9-cu buraxılış sayılan bu yürüş 1907-ci ildən keçirilir. Retro avtomobillər üçün nəzərdə tutulmuş beynəlxalq yürüşün start nöqtəsi Pekin olmaqla bir neçə ölkəni əhatə edir və Parisdə yekunlaşır.
Ölkəmiz artıq ikinci dəfədir ki, bu beynəlxalq yürüşü qəbul edib. İştirakçılar Azərbaycana Qazaxıstandan gəliblər.
Səhər saatlarında əvvəl Heydər Əliyev Mərkəzinin parkında avtomobillərin sərgisi keçirilib. Daha sonra retro avtomobillər Qobustan, Şamaxı, Acınohur-Ceyrançöl düzü və Azərbaycanın digər füsunkar bölgələrindən keçərək Qax şəhərinə istiqamət götürüblər. Azərbaycan ərazisində yarışda 55 retro avtomobil iştirak edir. İyunun 10-da iştirakçılar ölkəmizi tərk edəcək və yürüş estafeti Gürcüstana keçəcək.
“Peking to Paris Motors Challenge” təkcə avtomobil yürüşü deyil, bu həm də retro avtomobil həvəskarlarını bir araya gətirən əsl dözümlülük rallisidir. İştirakçılar avtomobillərlə təxminən 15.000 km məsafə qət edərək davamlılıq və dözümlük tələb edən marşrutla hərəkət edirlər.
"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR
Bu prospektdə hərəkət sxemi dəyişir - Düzünə getmək mümkün olacaq - FOTO
Bakının tramvay tarixi; maşinistlər yenə qadınlar olmalıdır? - ARAŞDIRMA
Rus və ukraynalıların Afrika səhrasındakı döyüşlərindən geriyə qalan avtomobillər - FOTOLAR
Sovet avtomobillərinin reklam üzü niyə məhz rus qadınları idi? - FOTOLAR
Lökbatanda sovet memarlarının “səhvləri” belə düzəldilir - FOTOLAR



























