"Pininfarina" yeni sedan modelini təqdim etdi - FOTO

"Pininfarina" şirkəti yeni, yüksək sinfə məxsus "H600" sedanını təqdim etdi. Avtosfer.az "ölkə.az"a istinadən xəbər verir ki, avtomobilin təqdimatı Cenevrə avtomobil sərgisində baş tutub. "H600" avtomobili "Hybrid Kinetic Group" və "Pininfarina" şirkətlərinin müştərək layihəsidir. Modelin hədəf kütləsi detalları, bahalı əşyaları və eksklüziv modelləri dəyərləndirən iş adamlarıdır. "H600" avtomobili "Mercedec-Benz-S", "BMW"-nin 7-ci seriyası və "Audi A8" modelinə rəqib kimi düşünülüb. Salonda maksimal dərəcədə komfort yaradılıb. Təbii dəri və bahalı ağac materiallarından istifadə edilib. Hibrid mühərrik yerindən 100 km/saat sürəti 2.9 saniyəyə əldə etməyə imkan verir. Avtomobilin maksimal sürəti 250 km/saatdır. Mühəndislərin fikrinə görə, avtomobil bir dəfəyə 1000 km məsafə qət edə bilər (söhbət elektrik hibrid mühərrikinin tutumundan gedir).









Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
Nasaz avtomobili ilə yük maşınının arasında qalan sürücü öldü - FOTO
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO










