Prezidentin işdən çıxardığı generalın oğlunun bahalı maşınları - FOTO
Avtosfer Foto
12 İyul 2017 11:13

Rüstəm Orucov avtobus sürücüsünü döydüyü üçün həbs edildi
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini Novruzəli Orucovun oğlu – əvvəllər çoxsaylı yol hərəkəti qaydalarını pozduğuna görə avtomobil idarə etmək hüququndan məhrum edilmiş Rüstəm Orucov iyulun 3-də tam qanunsuz şəkildə 10-OG-300 nömrəli "BMW"-nin sükanı arxasına əyləşərək qaydaları yenidən pozub və 8 saylı marşrut avtobusunun sürücüsü Sənan Səmədovun haqlı danlağına tuş gəlib. Rüstəm Orucov avtobus sürücüsünün qınağına cavab olaraq sərnişinlərin gözləri qarşısınada ona hücum edib, döyməyə başlayıb və beləliklə, qatı xuliqanlıq hərəkətləri edib.

R.Orucov 2014-cü ildə piyadanı vuraraq cinayət yerindən qaçmışdı. Sonra onu tutub 4 il azadlıqdan məhrum etdilər. Cəza müddətinin üçdə biri tamam olanda R.Orucov vaxtından əvvəl şərti azadlığa çıxdı və zamində ola-ola yenidən cinayət törətdi. İyulun 4-də Binəqədi Rayon Polis İdarəsi R.Orucov barəsində Cinayət Məcəlləsinin 221.2.1 maddəsi üzrə cinayət işi açıb. Məhkəmənin qərarı ilə avtoxuliqan həbs olunub.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev bu gün Novruzəli Hüseyn oğlu Orucovun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini – Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Oxunub : 7764
DİGƏR XƏBƏRLƏR
13 İyun 2026 19:07
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
5 İyun 2026 22:57
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
24 May 2026 18:00
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
21 May 2026 22:03
Nasaz avtomobili ilə yük maşınının arasında qalan sürücü öldü - FOTO
20 May 2026 17:41
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
20 May 2026 12:11
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
7 May 2026 17:18
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
4 May 2026 15:00
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
1 May 2026 16:11
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
30 Aprel 2026 14:48
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
20 Aprel 2026 12:00
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
19 Aprel 2026 23:55
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
ŞƏRH YAZ










