Avtosfer.az | Reklam
Prezidentliyə namizədlər hansı maşınlarda gəzirlər - FOTO
Avtosfer Foto 22 Fevral 2018 18:28 Oxunub 1941
Prezidentliyə namizədlər hansı maşınlarda gəzirlər - FOTO
Namizədlərin çoxu sıx qrafikə görə xidməti avtomobillərindən istifadə edirlər

Rusiyada seçkiqabağı kampaniyanın ən qızğın dövrünüdr. Namizədlərin çoxu sıx qrafikə görə xidməti avtomobillərindən istifadə edirlər, ancaq çoxlarının şəxsi  qarajları da boş deyil. AvtoVzqlyad onların hansı maşına üstünlük verdiklərini araşdırıb.

Kseniya Sobçak 

Kseniya Anatolyevna mavi rəngli lyuks Bentley Continental GT Speed istifadə edir.

http://faktxeber.com/resimler/images/page(96).jpg

Vladimir Jirinovskiy

http://faktxeber.com/resimler/images/ed8701bd56276bf1432d26358a1d41c9.jpg

Moskva  tıçxaclarında parlaq gələcək  planlaşdırmaq üçün Jirinovski deklarasiya edilməmiş MayBach-ı sürür. Bəzi məlumatlara görə, Liberal Demokratların rəhbərinin eksklüziv hazırlanan maşını 35 milyon rubldur (təqribən bir milyon manatdan artıq).

Vladimir Putin

http://faktxeber.com/resimler/images/putin(3).jpg

Rusiya prezidenti ölkəsində istehsal olunan avtomobillərə və SKİF qoşqusuna sahibdir. Onların arasında «Volqa»nın 3 növü – 1960 və 1965 il istehsalı olan QAZ 21 M və xalq arasında «Niva» kimi tanınan LADA 4x4ü, həmçinin 1972-ci il buraxılışlı «Zaparojets»i var. İş vaxtı isə  cari prezident  Mercedes-Benz S600 Pullman Guard-la hərəkət etməyi xoşlayır.

http://faktxeber.com/resimler/images/RIAN_01114536_HR_ru-pic700-700x467-34502.jpg 

Pavel Qrudinin

http://faktxeber.com/resimler/images/page(97).jpg

Kommunist Partiyasından namizəd olan Pavel Qrudinin şəxsi avtomobili yoxdur. Ancaq xanımı 2016-cı il buraxılışı olan 4-cü nəsil  Lexus — RX 350 krossoveri və hibrid güc qurğulu Lexus RX 450H istfadə edir. 

Boris Titov

http://faktxeber.com/resimler/images/page(98).jpg

İnkişaf Partiyasından namizədin  qarajında 5 maşın üçün yer ayrılıb. Ailə başçısının 3 ədəd 2010-cu il buraxılışlı Land Rover Range Rover avtomobili, 7 yerli miniven Nissan Quest və 1996-cı il buraxılışlı Jeep Wrangler-i var. Xanımının adına isə 2012 və 2014-cü il buraxılışı olan 2 ədəd eyni Land Rover Discovery 4 yolsuzluq maşını var.

Qriqoriy Yavlinskiy, Maksim Suraykin, Serqey Baburin

http://faktxeber.com/resimler/images/page(99).jpg

Bu namizədlər isə miniksizdirlər. Onların şəxsi avtomobilləri yoxdur, xidməti nəqliyyatı barədə heç nə məlum deyil.

 

(faktxeber.com)

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh