Qaydaları kobud şəkildə pozub, qəza şəraiti yaradır - FOTO

Avtosfer.az-ın təqdim etdiyi foto Təbriz küçəsində çəkilib. Fotodan göründüyü kimi, 99 DD 510 dövlət nömrə nişanlı "BMW" markalı avtomobil dayanma - durma qaydalarını kobud şəkildə pozub. Eyni zamanda işıqforun altında avtomobili saxlayıb. Bu azmış kimi park edilən yer yol ayrıcıdır. Yolun kənarında olan nişandan da göründüyü kimi yol ayrıcından sola dönmə var.
Təbii ki, qarşı tərəfdən gələn avtomobilləri buraxmalı və sonra dönməli olan sürücülər sol zolağı seçir. Düzünə hərəkət edənlər isə sağ tərəfi. Lakin sağ zolağı "işğal" edən "BMW" düzünə getmək istəyənlərin yolunu kəsib. Sürücülər məcbur olub sağa çıxmalıdır. Sağda isə onsuz da tixacdır. Belə vəziyyətdə qəza şəraiti də yaranır.
Qeyd edək ki, qanunda bu pozuntu dayanma - durma kimi qiymətləndirilsə sürücü 20 manat cərimə olunur. Lakin bu vəziyyətdə yaranan tıxac, qəza şəraiti necə olsun?
Orxan
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR











