Qəzada ölən müğənninin əşyaları oğurlandı - FOTO

2007-ci ildə yol qəzasında dünyasını dəyişən türkiyəli müğənni Barış Akarsunun anası Hatice Akarsunun evinə oğru girib. “Qafqazinfo” CNN Türk-ə istinadən xəbər verir ki, hadisə Bartın rayonunun Amasra qəsəbəsində baş verib. 5 mərtəbəli binanın sonuncu mərtəbəsindəki evin kilidini qıran oğru evdən Barış Akarsunun mükafatlarını, papağını, gitarasını, üzüyünü və digər qiymətli əşyalarını oğurlayıb. H.Akarsu deyib ki, bütün otaqlar alt-üst edilib: “Evdə pul yox idi. Kaş ki, olaydı, onu aparaydılar. Oğlumun xatirələrini apardılar. Mən onlarla ayaqda durmağa çalışırdım, onlarla təsəlli tapırdım”.
Hazırda polis oğurluq edən şəxsi axtarır.
Qeyd edək ki, hadisədən sonra məşhur müğənni Haluk Levent Hatice Akarsuya zəng edərək Barış Akarsu muzeyi yaradacağı barədə söz verib.



Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR










