Sərxoş sürücü qəza törətdi: Sərnişin pəncərədən yerə düşdü - FOTO

Bakıda sərxoş sürücü işıqforun qırmızı işığından keçdiyindən onun idarə etdiyi nəqliyyat vasitəsi 3 avtomobilə çırpılıb, 3 nəfər xəsarət alıb. "Report"un xəbərinə görə, hadisə Nəsimi rayonunda baş verib. Bəkirov Emil Şaiq oğlu idarə etdiyi 99-KD-519 dövlət qeydiyyat nişanlı "Toyota" markalı avtomobil ilə 28 May küçəsi ilə yüksək sürətlə hərəkət edərək, Rəşid Behbudov küçəsində işıqforun qırmızı işığında yolu keçib. Nəticədə onun idarə etdiyi nəqliyyat vasitəsi işıqforun yaşıl işığında yolu keçən, Rzayev Rafiqin idarə etdiyi "Mercedes" markalı avtomobilə çırpılıb. Zərbənin gücündən "Mercedes" yol kənarında dayanan "VAZ 2104" və 10-RR-585 dövlət qeydiyyat nişanlı "Mercedes"-ə çırpılıb. Toqquşma zamanı "Mercedes"in ön oturacağında əyləşən sərnişin açıq pəncərədən yerə düşərək xəsarət alıb. Bundan başqa, R.Rzayev və digər sərnişin də xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib. İstintaq yolu ilə araşdırma aparılır. Hadisə şahidlərinin "Report"a verdiyi məlumata görə, "Toyota"nın sürücüsü sərxoş vəziyyətdə olub. O, yüksək sürətlə işıqforun qırmızı işığında yolu keçib.
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR
"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
























