“Standard İnsurance” şirkətində erməniləri kim işə götürür? - FOTOFAKT

“Standard İnsurance” sığorta şirkətinin Gürcüstan bazarındakı törəmə şirkəti olan “Standard İnsurance Georgia” ilə bağlı BAKU.WS-in redaksiyasına maraqlı məlumat daxil olub. Məlumatda qeyd edilir ki, “Standard İnsurance Georgia” şirkətində çox sayda erməni işləyir. Bu iddiaları təsdiqləyən görüntülərdə Teymuraz Simonyan adlı erməni işçisinin imzası, həmçinin erməni Simonyanın sığorta şirkətinin rəsmi e-mailindən istifadə etdiyi əks olunub. Teymuraz Simonyanın şirkət e-maili ilə yazışmasında vəzifəsinin satış koordinatoru olduğu aydın olur.
Maraqlısı ondadır ki, Azərbaycan şirkətinin törəməsi olan “Standard İnsurance Georgia” şirkətində baş direktor Nicat Hüseynov, idarə heyətinin sədri Kamran Bağırov və rəhbər şəxslərdən biri Emin Bünyatov Müşahidə Şurasının üzvüdür. Ancaq görünən odur ki, sözügedən şirkətdə ermənilərin işsizliyi problemi yüksək səviyyədə diqqətdə saxlanılır. İddialara görə, baş direktor Nicat Hüseynov ermənilərin işsizliyi problemini özü üçün prioritet edib və bunun üçün böyük səylə çalışır.
Qeyd etmək lazımdır ki, hətta SOCAR kimi nəhəng bir şirkət və Azərbaycanın digər iri şirkətləri belə bu sığorta şirkətində sığorta olunublar. Simonyan və digər soydaşları erməni şirkətlərinin də Azərbaycan şirkəti ilə əməkdaşlığını təmin etmək üçün çalışır.
Baku.ws məsələ ilə bağlı “Standard İnsurance” şirkətinin mövqeyini öyrənmək üçün müraciət edib. Şirkətdən bildirilib ki, gün ərzində yayılan məlumatlara rəsmi cavab veriləcək.




Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR








