Banner

“Təhlükəsiz yol, yaxşı yol”  - FOTOLAR

Avtosfer Foto 16 Oktyabr 2017 14:42 Oxunub 1995
“Təhlükəsiz yol, yaxşı yol”  - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vaqif Əsədov: "Hər kəs öz üzərinə düşən məsuliyyəti hiss etməlidir"

Bakıda “Təhlükəsiz yol, yaxşı yol”  layihəsinin açılış mərasimi keçirilib. Açılış mərasimində dövlət qurumlarının və gənclər təşkilatlarının nümayəndələri də iştirak ediblər. Qonaqları salamlayan “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyinin sədri İmaməddin Quliyev layihənin məqsədilə bağlı iştirakçıları məlumatlandırıb. O, qeyd edib ki, layihə çərçivəsində layihəyə cəlb olunan təcrübəli ekspert və təlimçilər tərəfindən seçilmiş 30 gənc iştirakçıya 15 dərs proqramına uyğun olaraq şəhər nəqliyyatında, yollarda ictimai davranış qaydaları, təhlükəsiz gənc sürücü, dönmə əməliyyatı, icazə verilən maksimum hərəkət sürətləri, nizamlayıcının göstərişləri, qəza nişanları, minik avtomobillərinin idarə olunması və s. digər mövzularda qeyri-formal təhsil metodundan istifadə olunaraq təlimlər və praktiki məşğələlər təşkil olunacaq.

Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov yollarda təhlükəsizliyin təmin edilməsində bu və ya buna bənzər layihələrin təşkilini yüksək qiymətləndirdiyini qeyd edib. O bildirib ki, bu istiqamətdə təkcə dövlət yol polisi əməkdaşları deyil, vətəndaş cəmiyyətinin ən fəal hissəsini özündə birləşdirən gənclər və gənclər təşkilatlarının birgə fəal iştirakı da məqsədəuyğundur: "Hər kəs öz üzərinə düşən məsuliyyəti hiss etməlidir. Dövlət yol polisinin təbliğat işi aparmaqda, hərəkəti təşkil etməkdə, həmçinin inzibati qaydada protokol tərtib etməkdə məqsədi təhlükəsizliyi təmin etməkdir. Bu gün hər bir hərəkət iştirakçısı sözügedən sahədə əlindən gələni etməlidir. Sonda o layihə iştirakçılarına uğurlar arzu edərək, onların suallarını cavablandırmışdır.

Sonra Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev çıxış edərək bu istiqamətdə keçirilən layihələrin önəmli olduğunu və daim maarifləndirmə işlərinin aparılmasının vacibliyini qeyd edib. O, Bakı Nəqliyyat Agentliyinin keçirdiyi yeni layihələr və görülən işlər barəsində iştirakçıları məlumatlandırmış və onların suallarını cavablandırıb.

Sonda söz “BELC” təhsil kompleksinin direktoru və eyni zamanda “Təhlükəsiz yol, yaxşı yol” təlimçisi Xalid Səlimov layihədə nəzərdə tutulan dərs proqramı haqqında iştirakçıları məlumatlandıraraq,onlara uğurlar arzu edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  dəstəyi və “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən layihənin icrasının başlıca məqsədi tələbə və gənc sürücü və piyadaların yol hərəkəti qaydalarına dair bilik və bacarıqlarının artırılması, onlara təhlükəsiz davranış vərdişlərinin aşılanması, intellektual idarəetmə sistemi haqqında ətraflı məlumat verərək bu istiqamətdə nəzəri və praktiki biliklərin verilməsi, cəmiyyətdə sürücülük mədəniyyətinin səviyyəsini yüksəltmək və yol təhlükəsizliyin təmin olunmasında məlumatlılığın artırılmasından ibarətdir.

 

Fidan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh