“Uçan” piyada zolağı istifadəyə verildi - FOTO

Avstriyanın Lints şəhərində ölkədə ilk 3D piyada zolağı istifadəyə verilib. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, avtomobil sürücülərinin yüksək sürətə meylli olduğu küçələrdən birində optik yanıltma sayəsində yaradılan süni maneədən yaxın gələcəkdə geniş istifadəsi nəzərdə tutulur. “Zebra”nın xüsusi şəkildə çəkilməsi nəticəsində əldə edilən vizual effekt sayəsində piyadaların yoldan təhlükəsiz keçid imkanı yaxşılaşdırılıb. Bu süni maneə nəticəsində sürücülər sürəti azaltmağa və piyadalara qarşı diqqətli olmağa məcburdurlar. 3D piyada zolağı yalnız bir istiqamətdən effektiv şəkildə göründüyünə görə, onun əsasən birtərəfli yollarda istifadəsi daha məqsədəuyğundur.
Yaxın gələcəkdə Avstriyanın Fillax, Zaltsburq və Klaqenfurt şəhərlərində də oxşar piyada zolaqları istismara veriləcək.
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR











