Valideynlər bu saatla uşağı hər an izləyə biləcək – Azərbaycanda - FOTO

“Caspian NavTel” şirkəti valideynlərin uşaqlara nəzarət edə biləcəyi sistemi Azərbaycana gətirib. Şirkətdən Avtosfer.az-a verilən məlumata görə, bir neçə gündür müxtəlif üstün texnoligiyalara malik Yaponiya istehsalı olan qol saatları Bakıda satışdadır. GPS sistemi ilə işləyən saatlar iki formadadır. Saatların hər biri yaddaşda 10 mobil nömrəni saxlaya və hər biri ilə adi mobil telefon kimi əlaqə saxlaya bilər. Yaddaşda 10 nömrədən 1-i SOS zəng üçün, digərləri isə adi zənglər üçün nəzərdə tutulur. Lakin saat özü istənilən nömrədən zəngləri qəbul edir. Başqalarından daha ucuz və keyfiyyətli olan bu saatlar valideynlər üçün yaxşı imkanlar yaradır. Belə ki, saatı qoluna taxan uşaq avtomatik olaraq valideyn tərəfindən nəzarətdə olur. “Caspian NavTel” şirkəti bu saatları əldə edən valideynlərə GPS kod verir və bununla uşaq saatı qolunda gəzdirdiyi müddətdə onun yerini mobil telefonla müəyyən etmək mümkündür. Saatın alt hissəsində sensor var. Bu da o deməkdir ki, saat qoldan çıxarılan kimi GPS-lə qoşulduğu mobil telefona məlumat göndərilir.
Həmin saatları əldə etmək üçün aşağıdakı nömrələrə zəng edə bilərsiniz;
050666 27 77 - “Caspian NavTel” şirkəti
050 564 14 70 – Ağasəf
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR









