Yenə həmin küçə, yenə oxşar qəza - FOTOLAR

Bakıda iki avtomobilin toqquşması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Nərimanov rayonunda, Koroğlu Rəhimov küçəsi ilə Həsən Əliyev küçəsinin kəsişməsində qeydə alınıb. Belə ki, "Toyoto" markalı avtomobillə "Hyundai" markalı avtomobil toqquşub. Hadisə yerinə yol patrul xidmətinin əməkdaşları cəlb edilib. İlkin ehtimala görə, qəzaya səbəb "Toyoto" markalı avtomobilin sürücüsü olub. "Toyoto"nun sürücüsü nəqliyyat vasitəsinə idarəetməni itirdiyindən "Hyundai" markalı avtomobilə çırpılıb.
Faktla bağlı araşdırma aparılır ("Report").
Avtosfer.az bildirir ki, qəzanın baş verdiyi ərazi yolayrıcıdır və burada tez-tez hadisə baş verir. Buna da səbəb sürücülərin yolayrıcını keçmə qaydalarını pozmasıdır. Burada sola - Həsən Əliyev küçəsinə dönənlər mütləq Prezident iqamətgahı tərəfdən gələnlərə yol verməlidir. Qeyd edilən ərazidə işıqfor yaşıl yandığı üçün üstünlüyə malik olduqlarını düşünən bəzi sürücülər sola dönərkən sağdan gələnlərə yol verməli olduqlarını unudurlar.
"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR
Bu prospektdə hərəkət sxemi dəyişir - Düzünə getmək mümkün olacaq - FOTO
Bakının tramvay tarixi; maşinistlər yenə qadınlar olmalıdır? - ARAŞDIRMA
Rus və ukraynalıların Afrika səhrasındakı döyüşlərindən geriyə qalan avtomobillər - FOTOLAR
Sovet avtomobillərinin reklam üzü niyə məhz rus qadınları idi? - FOTOLAR
Lökbatanda sovet memarlarının “səhvləri” belə düzəldilir - FOTOLAR














