Yeni təmir edilən "Ukrayna" dairəsində yol yenə sıradan çıxıb - FOTO

Xətai rayonu ərazisində, "Ukrayna" dairəsi adlanan yerdə magistral yolun asfalt örtüyü bərbad durumdadır. Nəqliyyat vasitələri bu yolla "Xəzər", "Həzi Aslanov" metrosu, "Neapol" dairəsi və bir çox istiqamətlərdə intensiv hərəkət edir. Sürücülərin dediyinə görə, asfalt örtüyü təqribən 2 ay öncə yenilənsə də, problem olduğu kimi qalır. Yəni problem kökündən həll edilməyib. Yoldakı çalalar, qəzalara da səbəb olur. Avtosfer.az xəbər verir ki, bu barədə musavat.com-un əməkdaşı "Ukrayna" dairəsinin asfalt örtüyünün durumunu öyrənmək üçün bu ərazidə avtomobillə bir dövrə vurub. Yolun əvvəlki durumu ilə indiki arasında bir xeyli fərq var. Uzun müddət nəqliyyat üçün böyük əngəllər törətsə də, indi bir qədər normal vəziyyətdədir. Dərin çalaların üzəri bağlanıb, yola calaq verilib. Lakin sıradan çıxmış asfalt örtüyü yenisi ilə əvəzlənməyib. Çəkiliş zamanı da üzəri açıq qalan çalaların nəqliyyatın hərəkətinə maneələr yaratdığının şahidi olduq. Ukrayna dairəsinin ətrafında müştəri gözləyən taksi sürücüləri ilə də həmsöhbət olduq. Sürücü Firdovsi Vəliyev vəziyyəti belə izah etdi: "İllərdir ki, bu ətrafda sürücü işləyirəm. Özüm də yaxınlıqda yaşayıram. Bu yolu sonuncu dəfə 3 ay öncə cüzi təmir elədilər. Təmir deyəndə ki, çalalara asfalt töküb, yamaq atdılar. Bunu deməkdə məqsədim odur ki, keyfiyyətli iş görülmədi. Kənardan yaxşı görünə bilər. Ancaq dairəni yarımdövrə fırlanandan sonra görürsən ki, "qarmoşka"lar var. Asfalt örtüyü hamar deyil. Sanki yol, yolun üstündədir. Bizim üçün problem deyil, harada yamaq-yumaq yerlər var, xəbərdarıq. Dəfələrlə şahidi olmuşuq ki, yola bələd olmayan sürücülər az qala qəza şəraitinə düşürlər. Elə maşın olur, təkəri altından qaçır. Yenə də deyirəm, sağ olsunlar ki, az-çox təmir ediblər". Ukrayna dairəsindən Gəncə prospekti istiqamətində digər bir problem isə piyada keçidinin olmamasıdır. "Heydər parkı"nın yanındakı dayanacaqda düşən sərnişinlər qarşı tərəfə keçmək üçün özlərini təhlükəyə atırlar. Kimi yolu qaçaraq, kimi isə dəqiqələrlə hansısa avtomobilin onlara yol verməsini gözləyərək keçir.
"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR
Bu prospektdə hərəkət sxemi dəyişir - Düzünə getmək mümkün olacaq - FOTO
Bakının tramvay tarixi; maşinistlər yenə qadınlar olmalıdır? - ARAŞDIRMA
Rus və ukraynalıların Afrika səhrasındakı döyüşlərindən geriyə qalan avtomobillər - FOTOLAR
Sovet avtomobillərinin reklam üzü niyə məhz rus qadınları idi? - FOTOLAR
Lökbatanda sovet memarlarının “səhvləri” belə düzəldilir - FOTOLAR



















