Yenicə toyu olan sürücünün maşını iki yerə parçalandı - Qəbələdə - FOTOLAR

Qəbələdə bir nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistralının Nohurqışlaq kəndindən keçən hissəsində qeydə alınıb.
Vəndam qəsəbə sakini 26 yaşlı Sənan Eynullazadənin idarə etdiyi Vaz 21 099 markalı avtomobillə, Tüntül kənd sakini 53 yaşlı Sərvan Sadıqovun sükanı arxasında olduğu Mercedes markalı maşın toqquşub. Sənan Eynullazadə hadisə yerində dünyasını dəyişib. Mercedesin sürücüsü və sərnişini - 40 yaşlı Aygün Əzimova müxtəlif dərəcəli bədən xəsarətlərilə Qəbələ MRX-yə çatdırılıb. Onların vəziyyəti orta ağır qiymətləndirilir. İlkin ehtimala görə hadisəyə yüksək sürət səbəb olub.
14:23
Qəbələdə faciəvi qəza baş verib. Mercedes C220 Furgon markalı avtomobil Lada 21099 ilə toqquşub. Ağır qəza nəticəsində Lada21099 iki yerə parçalanıb. Hadisə şahidlərinin verdiyi məlumata görə, Lada21099-un sürücüsü həyatını itirib, bir nəfər isə yaralanıb. Mərhumun adı Sənan olub. O, təzəlikcə ailə həyatı qurubmuş. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.






Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
Nasaz avtomobili ilə yük maşınının arasında qalan sürücü öldü - FOTO
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO










