Yol polisini şərləyən qadının tüninq olunmuş bahalı “Jeep”i - FOTOLAR

Bakıda yol polisi tərəfindən cərimə olunan xanım sürücü ilə DYP əməkdaşı arasında yaranmış qalmaqal məhkəmə müstəvisinə çıxarılacaq. Belə ki, yol polisi “Jeep Wrangler” markalı, 90 GG 044 dövlət nömrə nişanlı avtomobili idarə edən Fatma Talıbova yol polisinin videosunu yayaraq onun qadın sürücülərə “podxod” etdiyini idda etməsi DYP rəhbərliyini sərt addım atmağa vadar edib. Artıq həmin sürücünün məhkəməyə verilməsi barədə qərar qəbul edilib. DYP-dən Avtosfer.az-a bildirilib ki, F.Talıbova böhtan, yəni yalan olduğunu bilə-bilə YPX əməkdaşının şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları kütləvi informasiya vasitəsində yaydığına görə qanunvericiliiyin tələblərinə uyğun qaydada məsuliyyətə cəlb olunması üçün iş məhkəməyə göndəriləcək.
Qeyd edək ki, Fatma Talıbova 2012-ci ilin iyulunda sürücülük vəsiqəsi alıb. 2013-cü ildə 6 dəfə, 2014-cü ildə 31 dəfə, 2015-ci ildə 12 dəfə, 2016-cı ildə 47 dəfə, 2017-ci ildə avqustun 1-dək 11 dəfə inzibati məsuliyyətə cəlb edilib. 2015-ci ildə cərimələri vaxtında ödəmədəyi üçün onun sürücülük hüququq 6 ay müddətinə məhdudlaşdırılıb. Bu il yazılan cərimələrə görə artıq Fatma Talıbovanın 14 cərimə balı var idi. Avqustun 1-də yazılan cəriməyə görə daha 4 bal əlavə olunub.
Bu gün Ümid adlı şəxs Avtosfer.az-a Fatma Talıbovanın idarə etdiyi “Jeep”in fotolarını göndərib və bildirib ki, həmin avtomobil tüninq edildiyi üçün qiyməti də bahalaşıb. Bu avtomobilin hazırda 60-80 min manat arası olduğu bildirilir.
Elmin
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR













