Yol polisləri uşaqların suallarını cavablandırdı - FOTO

Bu gün 46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzi və 83 nömrəli orta məktəbin təşkilatçılığı ilə “Yol hərəkəti qaydaları həyatımızın sığortasıdır” mövzusunda ədəbi-bədii kompozisiya keçirilib. 200-dən çox uşağı əhatə edən tədbirdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov, polis leytenantı Vüsal Nağıyev, 83 saylı məktəbin direktoru Nəbi Mahmudov, müəllimlər və valideynlər iştirak edib. Tədbirdə uşaqların mövzuya uyğun çəkdikləri rəsmlər, divar qəzetləri, əl işləri sərgilənib. Daha yaxşı işlər polis əməkdaşları və müəllimlər tərəfindən qiymətləndirilib.
Tədbirdə uşaqlar yol hərəkəti qaydalarına həsr olunmuş səhnəciklər göstərib, şeirlər söyləyib, mahnılar oxuyub və yol təhlükəsizliyinə aid slaydlar nümayiş etdiriblər. DYP əməkdaşları uşaqların suallarına cavab verib, onları yol hərəkəti qaydalarına düzgün əməl etməyə çağırıb. Fərqlənən uşaqlara yol hərəkəti qaydalarına aid əyani vəsaitlər paylanılıb, diplomlar verildi.
Tədbirin bütün iştirakçılarına “Azərsun Holdinq”-in müxtəlif hədiyyələri verilib.
Emin
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
Nasaz avtomobili ilə yük maşınının arasında qalan sürücü öldü - FOTO
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO









































