Bakı-Sumqayıt yolunda yaranan xaosa nə vaxt son qoyulacaq? - VİDEO
Bakı-Sumqayıt yolunda yaranan tıxacdan uzun müddətdir ki, narazılıq var. Sürücülər hər gün eyni mənzərə ilə qarşılaşır. Lakin tıxacın nəyə görə yarandığı analiz edimir.
Avtosfer.az-ın araşdırmasına görə, tıxacın başlıca səbəblərindən biri də sürücülərin zolaqlar üzrə düzgün yerləşməməsidir. Həmin yolun 3 zolaq olan hissəsində sürücülər 6 zolaq üzrə hərəkət edərək sıxlıq yaradırlar.
Üzü şəhər istiqamətində hərəkət edərkən 6 zolaqlı yolun sol tərəfdən 3 zolağı düzünə - şəhər istiqamətinə, digər 3 zolaq isə sağa-avtovağzal istiqamətinə təşkil edilib. Sürücüləri məlumatlandırmaq üçün öncədən zolaqlarda hərəkət istiqamətini bildirən 5.8.1 nişanları da təmin edilib. Lakin sürücülər həm bu nişanın, həm də asfaltın üzərinə çəkilmiş 1.11 nişanlanma xəttinin tələbini pozaraq sağdan sola manevr edib tıxac yaradırlar. Həmin ərazidən çəkilmiş videogörüntü də buna sübutdur. Aydın şəkildə görünür ki, yolun 6 zolaq olan hissəsində hərəkət dayanıb. Lakin 1.11 xətti bitib 3 zolağa keçən hissədə heç bir tıxac yoxdur. Buradan sual yaranır: “Nəyə görə 6 zolaq olan yolda hərəkət dayanır, amma 3 zolaq olan yolda sərbəst hərəkət var”?
Ekologiya postunun əməkdaşları həmin ərazidə sürücülərə qarşı heç bir tədbir görmədiyi üçün sürücülər bu nəzarətsizlikdən sui-istifadə edib qaydaları pozurlar. Nəticədə isə yüzlərlə sürücü bundan əziyyət çəkir.
Qeyd edək ki, ərazidə təhlükəsiz şəhər kameraları da quraşdırılıb. Həmin xüsusi texniki vasitələrlə də sürücülər elektron qaydada cərimələnə bilər.
Təbriz Yusubov
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












