Bu küçədə aləm bir-birinə dəyir: Nişan quraşdırmaq yaddan çıxıb - VİDEO

Şəki restoranının yanında aparılan təmir-tikinti işləri ilə bağlı paytaxtın Əhməd Rəcəbli küçəsinin bir hissəsi müvəqqəti olaraq bağlanıb. Sürücülərin yolunu qısaltmaq üçün həmin küçənin digər hərəkət hissəsini ikitərəfli təşkil ediblər. Lakin müvafiq yol nişanlarını quraşdırmaq yaddan çıxdığı üçün sürücülər çaş-baş qalır.
Avtosfer.az xəbər verir ki, yolun bağlanması və həmin küçəyə girişin qadağan edilməsi ilə bağlı heç bir nişan quraşdırılmayıb. Eyni zamanda ikitərəfli təşkil edilmiş yola nə məcburi hərəkət istiqaməti nişanı, nə ikitərəfli hərəkəti bildirən xəbərdarlıq nişanı quraşdırılıb. Sürücülər bir-birinə baxaraq həmin küçəyə daxil olurlar. Cərimə olunmaqdan çəkinənlər isə ümumiyyətlə həmin küçəyə daxil olmağa risk etmirlər.
Sürücülər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən və Dövlət Yol Polisi İdarəsindən həmin əraziyə yol nişanlarının quraşdırılmasını xahiş edirlər.
Fərid
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












