İçkili sürücü qadının idarə etdiyi avtomobili qəzaya saldı - VİDEO

Türkiyənin Aydın vilayətinin Didim rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi izləyənləri dəhşətə gətirib.
Avtosfer.az xəbər verir ki, 240 promil spirtli içki qəbul etmiş sürücünün idarə etdiyi avtomobil, qarşıdan gələn nəqliyyat vasitəsinə çırpılıb. Güclü toqquşmadan sonra zərərçəkmiş avtomobil idarəetməni itirərək yoldan çıxıb və beton dirəyə çırpılıb.
Hadisə nəticəsində avtomobilin ön sərnişin yerində əyləşən gənc qadının onurğa sütunu və qabırğaları qırılıb. Yaralı qadın iflic qalma riski ilə təcili olaraq xəstəxanaya yerləşdirilib və reanimasiya şöbəsində müalicə altındadır. Həkimlər vəziyyətini kritik olaraq qiymətləndirirlər.
Avtomobildə olan digər sərnişin isə qəza zamanı daha ağır xəsarət alıb. Onun boynunun iki yerdən sındığı, həyati təhlükəsinin davam etdiyi bildirilir. Hazırda o da xəstəxanada müalicə olunur və vəziyyəti nəzarətdə saxlanılır.
Polis hadisə ilə bağlı araşdırmaya başlayıb. Qəzanın başlıca səbəbi kimi sürücünün yüksək dozada alkoqol qəbul etməsi göstərilir. Rəsmi məlumata görə, 240 promil səviyyəsində alkoqollu vəziyyətdə sükan arxasına keçən sürücü hadisə yerində saxlanılıb və barəsində cinayət işi açılıb.
İçkili sürüccü qəzaya səbəb olduqdan sonra hadisə yerindən uzaqlaşmağı bacarıb. Xəsarət alan xanıma isə ərazidən keçən vətəndaşlar kömək edib.
Eltac Zülfüqaroğlu
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












