Qısqanc qadın ərini qardaşlarına döydürdü - VİDEO

Qısqanc həyat yoldaşı ərini döydürüb. Avtosfer.az xəbər verir ki, hadisə Rusiyanın paytaxtı Moskvada baş verib.
Məlumata görə, paytaxt sakini olan qadın, bir neçə gün evinə gəlməyən ərini cəzalandırmaq məqsədilə qardaşlarını bu işə cəlb edib. 38 yaşlı Yan adlı şəxs sevgilisi ilə birlikdə sərnişin kimi taksi ilə hərəkətdə olarkən "Mercedes" markalı avtomobil tərəfindən yolu kəsilib.
Nəqliyyat vasitəsindən düşən iki nəfər zərərçəkmişi zorla maşından düşürərək ona fiziki xəsarətlər yetirməyə başlayıblar. Hadisə zamanı Yanın yanındakı qadın qorxaraq ərazidən uzaqlaşıb. Hücum edən şəxslər daha sonra yaralı halda olan kişini öz avtomobillərinə mindirərək naməlum istiqamətə aparıblar.
Daha sonra taksi sürücüsü hadisə ilə bağlı polisə müraciət edib. Polis əməkdaşları kişini axtarmağa başlayıblar və onu Balaşixada tapıblar.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, cinayətin sifarişçisi zərərçəkmişin rəsmi nikahda olduğu həyat yoldaşıdır. Qadın ifadəsində ərinin bir neçə gün əvvəl evi tərk etdiyini və ondan xəbər ala bilmədiyini bildirib. Hiddətlənən qadın qardaşlarına müraciət edərək ərinin tapılmasını və ona "dərs verilməsini" xahiş edib.
Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən təhqiqat davam etdirilir. Hadisə iştirakçılarının əməlinə hüquqi qiymət veriləcək.
Namiq Musayev
Sübh çağı dəhşətli hadisə - Sürücü yuxuladı, sərnişin öldü - VİDEO
Bu yolun sağ zolağı ölüm yuvasıdır - ŞİKAYƏT - VİDEO
Müəllim və şagirdlər Dövlət Himnini birlikdə səsləndirdilər – VİDEO
Sultəpədə səki problemi: Piyadalar çətinliklə hərəkət edir – VİDEO
99-AV-999 nömrəli "Lamborghini" saxlanıldı - Avtoxuliqanlığın özəl görüntüləri - VİDEO
Astarada "Niva" 70 metrlik dərəyə düşdü; sürücü ÖLDÜ - VİDEO
Maşın bazarında parklanma problemi: Limiti keçənlər əlavə ödəniş edir – İDDİA - VİDEO
Nübarda yol çala-çuxur içindədir – Sakinlər illərdir əziyyət çəkir - VİDEO
Anidən əks yola çıxmaq istədi; qəza baş verdi - VİDEO
Yollardakı metal baryerlər baykerlər üçün niyə təhlükəlidir? – VİDEO
Hökməli–Qobu–Güzdək yolunda bərbad vəziyyət: Sakinlər narazıdır – VİDEO












