Taksi xidmətlərindəki bu məsələ sürücü və sərnişinə problem yaradır - ŞİKAYƏT - VİDEO

Bakıda taksi sürücüsü sərnişini ünvana çatdırmadan ödənişi alaraq onu yarı yolda düşürüb.
Xoşagəlməz halla bağlı izləyici Avtosfer.az-ın “İnstagram” ünvanına müraciət edərək şikayətini bildirib. Belə ki, izləyici aprelin 23-də saat 13:36 radələrində “Bolt” şirkətindən iki ünvana sifariş verdiyini, lakin taksi sürücüsünün sifarişi qəbul edəndən sonra etiraz etdiyini qeyd edib: “Maşına mindikdən sonra sürücü “mən iki ünvana getmirəm” deyərək iradını bildirdi. “Onda saxlayın, mən düşüm” - deyə, cavab verdim. Buna baxmayaraq sürücü maşının qapısını kilidləyərək düşməyə icazə vermədi. Daha sonra bir neçə metr hərəkət etdi və məni düşürüb ödənişi tələb etdi”.
Məsələylə bağlı “Bolt” şirkətinin mətbuat katibi Nigar Kazımova ilə əlaqə saxladıq. Onun sözlərinə görə, şirkət konkret olaraq sürücüləri işə götürmür, əməkdaşlıq etmək istəyən şəxslər onların komandasına qoşulurlar. Bu baxımdan sürücülərlə bağlı şikayətlərə tətbiq üzərindən baxılır və araşdırılaraq lazımi tədbir görülür: “Xoşagəlməz halla qarşılaşan sərnişinlər tətbiq üzərindən şikayətlərini qeyd edə bilərlər. Şikayət yazılandan sonra bizim komanda tərəfindən həmin sürücüylə əlaqə saxlanılır. Sürücüylə bağlı qərar vəziyyətə görə dəyişir. Məsələn şiddət, yaxud təhqir olubsa o vaxt şirkət həmin sürücünü bloklayır. Yox, çox da ciddi bir hal baş verməyibsə, məsələn sərnişinlə sürücü arasında anlaşılmazlıq yaranıbsa bu vəziyyətdə ona xəbərdarlıq edilir və bir daha belə hal baş verərsə bloklana biləcəyi bildirilir”.
Taksi sifarişlərində iki və daha çox ünvanının qeyd olunması sərnişin və sürücülər arasında tez-tez narazılıqlar yaradır. Aktual olan bu məsələylə bağlı Avtosfer.az sürücülər arasında sorğu keçirdi. Əksər sürücülər iki ünvana verilən sifarişi ləğv etmədiklərini qeyd etsələr də sözügedən sifarişin onlara maddi olaraq sərf etmədiyini vurğuladılar.
Nigar Kazımova sürücü və sərnişinlər arasında narazılığa səbəb olan iki və daha çox ünvanın qeyd edilməsi mövzusuna ümumi olaraq da münasibət bildirib: “ “Bolt” şirkətinin əsas məqsədi müştərilər və tərəfdaşlar üçün rahat, təhlükəsiz və keyfiyyətli xidmət təmin etməkdir.
Səfər zamanı tətbiqdə göstərilən qiymət və marşrutdan fərqli əlavə ödəniş və ya marşrut dəyişikliyi tələb etmək qadağandır. Bütün dəyişikliklər yalnız tətbiq vasitəsilə aparılmalıdır.
Sürücü sifarişi ləğv etdikdə və ikinci sifarişlə bağlı problem yaşandıqda, tətbiq vasitəsilə şikayət göndərilməlidir. Qayda pozuntusu təsdiqlənərsə, müvafiq tədbirlər görülür”.
Nərmin
Sübh çağı dəhşətli hadisə - Sürücü yuxuladı, sərnişin öldü - VİDEO
Bu yolun sağ zolağı ölüm yuvasıdır - ŞİKAYƏT - VİDEO
Müəllim və şagirdlər Dövlət Himnini birlikdə səsləndirdilər – VİDEO
Sultəpədə səki problemi: Piyadalar çətinliklə hərəkət edir – VİDEO
99-AV-999 nömrəli "Lamborghini" saxlanıldı - Avtoxuliqanlığın özəl görüntüləri - VİDEO
Astarada "Niva" 70 metrlik dərəyə düşdü; sürücü ÖLDÜ - VİDEO
Maşın bazarında parklanma problemi: Limiti keçənlər əlavə ödəniş edir – İDDİA - VİDEO
Nübarda yol çala-çuxur içindədir – Sakinlər illərdir əziyyət çəkir - VİDEO
Anidən əks yola çıxmaq istədi; qəza baş verdi - VİDEO
Yollardakı metal baryerlər baykerlər üçün niyə təhlükəlidir? – VİDEO
Hökməli–Qobu–Güzdək yolunda bərbad vəziyyət: Sakinlər narazıdır – VİDEO












