Usta təmir etdiyi məşhur Çin avtomobilinin detalını barmağı ilə əzib lağa qoydu - VİDEO

Bakıda çəkilən maraqlı görüntülər izləyicilərin diqqətini cəlb edib.
Avtosfer.az xəbər verir ki, paytaxtda fəaliyyət göstərən avtomobil ustası təmir etdiyi "BYD" markalı avtomobilin korpusunun necə nazik materialdan hazırlandığını nümayiş etdirib.
Görüntülərdə ustanın avtomobilin əzilmiş hissəsini düzəltmək üçün çəkic və digər xüsusi alətlərə ehtiyac duymadığı əks olunub. O, sadəcə əvvəlcə barmağı ilə əzdiyi baqajın kənarındakı hissəni daha sonra əvvəlki formasına qaytarıb. Bu isə avtomobilin metalının çox incə və yumşaq olduğunu açıq şəkildə ortaya qoyub.
Mütəxəssislər bildirirlər ki, belə materiallar avtomobilin çəkisini azaltmağa və yanacaq sərfiyyatını optimallaşdırmağa kömək etsə də təhlükəsizlik baxımından müəyyən risklər yarada bilər. Çünki korpusun nazik olması toqquşma zamanı zərbənin təsirini daha az udur və sərnişinlərin təhlükəsizliyinə mənfi təsir göstərə bilər.
Sosial şəbəkələrdə yayılan kadrlar izləyicilər arasında da geniş müzakirələrə səbəb olub. Bir çoxları avtomobilin bu dərəcədə həssas materialdan hazırlanmasını tənqid edib, digərləri isə bunun texnologiyanın yüngülləşdirilmə siyasətindən irəli gəldiyini vurğulayıb.
Eltac Zülfüqaroğlu
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












