2025-ci ildə rekord sayda elektromobil satıldı

2025-ci ildə dünya bazarında elektrik mühərrikli avtomobillərin satışları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20 faiz artaraq yeni rekord müəyyən edib.
Avtosfer.az xəbər verir ki, Londonda yerləşən “Benchmark Mineral Intelligence” analitika şirkətinin məlumatına görə, ötən il bütün dünyada 20,7 milyon ədəd elektromobil satılıb.
Satılan elektromobillərin təxminən 13 milyonu Çinin payına düşür. Ölkə daxilində rəqabət gücləndikcə, ÇXR-in avtomobil istehsalçıları xarici bazarlara daha çox üz tuturlar. Cənubi Amerika, Cənub-Şərqi Asiya və Mərkəzi Asiya ixrac axınından ən çox faydalanan istiqamətlərdir.
Çin kompaniyalarının elektromobilləri ötən il Avropa bazarındakı satışların 19 faizini təşkil edib. Ümumilikdə isə 2025-ci ildə Avropada elektrik mühərrikli nəqliyyat vasitələrinin satışlarında 33 faizlik artım müşahidə olunub.
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi
Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR












