Qar altında qalan avtomobilləri hansı təhlükələr gözləyir? - Mütəxəssisdən vacib tövsiyələr

"Avtomobil uzun müddət istifadə edilmədikdə və qalın qar örtüyü altında qaldıqda bu, ona zərər verə bilər".
Avtosfer.az xəbər verir ki, bunu RT-yə açıqlamasında rusiyalı avtomobil mütəxəssisi Dmitri Popov deyib.
"Belə vəziyyətdə "qar qarajı" rolunu oynayan buz qatı yarana bilər. Avtomobilin belə şəraitdə saxlanılması açıq havada saxlanılmasından daha pisdir. Çünki açıq havada avtomobil havalandırılır və artıq nəmlik buxarlanır", - deyə o qeyd edib.
Mütəxəssis əlavə edib ki, buz qatı əmələ gəldikdə suyun toplandığı bir çox boşluqlar havalandırılmır:
"Bununla yanaşı, tədricən buza çevrilən böyük qar yığınları avtomobilin damına təzyiq göstərərək onu deformasiyaya uğrada bilər. Avtomobildə lük və ya panoramik dam varsa, hətta kiçik deformasiya belə onların sıradan çıxmasına səbəb ola bilər".
Onun sözlərinə görə, bu cür damlarda çatlar, su sızmaları və digər xoşagəlməz hallar yarana bilər:
"Buna görə də sürücü avtomobilini küçədə saxlayırsa və ondan uzun müddət istifadə etmirsə, güclü qar yağdıqda belə, çölə çıxıb avtomobilin üzərindəki qarı təmizləməlidir".
Bakıda ucuz maşınlar satışa çıxarılıb: Qiymət 3500-dan başlayır - SİYAHI
Azərbaycan-Çin avtomobil daşımaları sazişi: “Ölkəmiz ən qısa və təhlükəsiz yoldur” – ŞƏRH
Azərbaycana 10 ayda 60 mindən çox avtomobil gətirilib: Dəyəri milyard dollardan çoxdur
Avtomobil idarə edən şəxslərin NƏZƏRİNƏ!
Azərbaycan Çinlə avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
Rusların sağsükanlı “Toyota” sevgisi
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO
“Toyota” ilə rəqabətin acı sonu - FOTOLAR
Bakıda ucuz avtomobillər satışa çıxarılır
Bakıda fantastik qiymətə “06” satılır - 89 MİN MANAT! - FOTO
Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? - FOTO











