Banner

Bakıda ucuz maşınlar satışa çıxarılıb: Qiymət 3500-dan başlayır - SİYAHI

Avtoxəbər 26 Noyabr 2026 20:51
Bakıda ucuz maşınlar satışa çıxarılıb: Qiymət 3500-dan başlayır - SİYAHI
WhatsApp kanalımıza abunə olun

"Ekol Mühəndislik Xidmətləri" QSC-nin balansında olan nəqliyyat vasitələri və xüsusi texnikalar hərrac yolu ilə satışa çıxarılır.

Avtosfer.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin təşkil edəcəyi hərrac dekabrın 10-da saat 10:00-da keçiriləcək.

Hərraca çıxarılan nəqliyyat vasitələrinin və xüsusi texnikaların siyahısını təqdim edirik:

"GMC Terrain", 90 AH 779, il 2013, qiymət 5 000, beh 500.

"Chevrolet Colorado", 90 AH 182, il 2009, qiymət 3 750, beh 375.

"Chevrolet Colorado", 90 AH 183, il 2009, qiymət 4 000, beh 400.

"Chevrolet Colorado", 10 PH 643, il 2011, qiymət 4 000, beh 400.

"Chevrolet Colorado", 10 PX 699, il 2011, qiymət 4 000, beh 400.

"Chevrolet Colorado", 10 PH 645, il 2011, qiymət 5 000, beh 500.

"Chevrolet Colorado", 10 PH 647, il 2011, qiymət 5 000, beh 500.

"Chevrolet Cruze", 10 PK 435, il 2011, qiymət 6 000, beh 600.

"TVEX EK-12", 10M867, il 2006, qiymət 7 500, beh 750.

"DT-75D", 10M878, il 2006, qiymət 3 500, beh 350.

Əmlaklara hərracın keçiriləcəyi tarixədək həftəiçi günlərdə saat 09:00-dan 16:00-dək baxış keçirmək mümkündür.

Nəqliyyat vasitələri Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Şəhər şosesi, 13 ünvanında yerləşir (əlaqə nömrəsi: 050-343-43-85).

Hərracda iştirak etmək istəyən şəxslər tələb olunan sənədləri hərracın başlanmasına ən geci üç bank günü qalanadək Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına təqdim etməlidirlər.

Oxunub : 436
ŞƏRH YAZ
Ad

E-mail

Şərh