5 min işçini işdən çıxarır, maaşları azaldır - "Porsche" şirkətində böhran

2023-cü ildə rekord satış rəqəmlərindən sonra "Porsche", tələbatın azalması və bazar şəraitinin pisləşməsi səbəbindən dərin böhranla üzləşib.
Avtosfer.az xarici mətbuata istinadən xəbər verir ki, ilin ilk altı ayında satışları 15 faiz azalan şirkət, balans hesabatını gücləndirmək üçün radikal qərarlar qəbul etməyə başlayıb.
Baş direktor Maykl Leyters tərəfindən müşahidə şurasına təqdim edilən yeni gələcək strategiyasının bir hissəsi olaraq, əlavə 5000 nəfərin işdən çıxarılması təklif edilib. İşdənçıxarmalarla yanaşı, şirkətdə əmək haqqının azaldılması da nəzərdən keçirilir və şirkət 2035-ci ilə qədər qalan işçilərə iş təhlükəsizliyi təmin etməyi hədəfləyir.
Satışların azalmasının ən böyük səbəblərindən biri daxili yanma mühərriki Macan və 718 modellərinin istehsalının dayandırılmasıdır.
Xərcləri azaltmaq üçün, xüsusən də tədqiqat və inkişaf sahələrində ixtisarlar edəcək "Porsche", yeni modellərin hazırlanmasında "Audi" ilə daha sıx əməkdaşlıq edəcək./unikal
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi
Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR












