Açıq səma altında avtomobil muzeyi tarixə qovuşdu - FOTO

Rusiyanın Tula vilayətində yerləşən açıq səma altında avtomobil muzeyi boşaldılıb.
Avtosfer.az xəbər verir ki, muzeyi 80-ci illərin sonunda “Moskviç” zavodunun konstruktoru Mixail Krasinets qurmuşdu. Burada 350-dək müxtəlif model sovet avtomobili toplanmışdı. Bir neçə il əvvəl Krasinets vəfat etdikdən sonra muzeyin taleyi barədə çox müzakirə aparılıb.
Jurnalistlərin fikrincə burada bəzi nadir modelləri çıxmaq şərti ilə əksər avtomobillər standart avtomobillərdir. İllərlə yağış altında qalan modellərin çoxu metal tullantısından başqa bir şey deyil. Bu günlərdə xəbər yayılıb ki, maşınların bir hissəsi Krasinetsin dul arvadından alınaraq hansısa yeni tikilən muzeyə yerləşdirilib. Sonradan məlum oldu ki, maşınları kolleksiyaçılar alıb aparıblar. Bəzi maşınlar restavrasiya ediləcək, bəziləri isə donor kimi bərpa işində yarayır. Daşıma prosesi ötən ildən başlayıb.
Artıq heç bir texniki və tarixi əhəmiyyət daşımayan modellər metal qəbulu məntəqəsinə verilib, ərazi hamarlanıb. Beləliklə, illərdir mübahisə predmeti olan açıq səma altında avtomobil muzeyi tarixə qovuşub.
Vüqar
.jpg)
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi
Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB












