Alman avtomobil istehsalçısı minlərlə insanı işdən çıxarmaq qərarına gəldi

2029-cu ilə qədər “Audi” Almaniyada 7,5 min iş yerini ixtisar edəcək.
Avtosfer.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, bir sıra əməkdaşların işdən çıxarılması barədə qərarı Almaniyanın avtomobil istehsalçısının rəhbəri Qernot Dellner bildirib.
İxtisarlar “Audi”nin məhsuldarlığını və gəlirliliyini artırmaq üçün ediləcək. Planlara görə, şirkət illik xərclərini bir milyard avrodan çox azaltmalıdır.
Dellner vurğulayıb ki, ilk növbədə müəssisə işçilərinin deyil, inzibati personalın işdən çıxarılması planlaşdırılır. 2033-cü ilin sonuna qədər əməliyyat səbəblərinə görə ixtisar olmayacaq. Hazırda “Audi”də dünya üzrə 87 mindən çox insan çalısı. Bunun 54 mini Almaniyadadır.
“Bosch” da işçilərini ixtisar etməyi planlaşdırır: Alman konserni 2024-cü ildə faiz və vergilərdən əvvəl qazancın bir yarım dəfə - 4,8 milyard avrodan 3,2 milyard avroya qədər azalması fonunda növbəti ixtisarları elan edib. Baş direktor Stefan Hartunqun sözlərinə görə, çətin bazar vəziyyəti, Çinlə artan rəqabət, istehlakçıların qeyri-müəyyənliyi və daxili yanma mühərrikli avtomobillərdən elektrik avtomobillərinə keçid səbəbindən ixtisarlardan qaçmaq mümkün deyil.(musavat.com)
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi
Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR












