Almaniyanın avtomobil nəhəngləri böhran içərisindədir

"Volkswagen", "BMW" və "Mercedes-Benz" şirkətlərinin satışları və gəlirləri 2025-ci ilin üçüncü rübündə 2024-cü ilin eyni dövrü ilə müqayisədə nisbətən sabit qalıb. Lakin onların əməliyyat mənfəəti təxminən 76% azalaraq təxminən 1,7 milyard avroya düşüb. Avtosfer.az xəbər verir ki, Almaniyanın audit və konsaltinq şirkəti EY-nin 15 dekabr bazar ertəsi günü dərc etdiyi təhlilə görə, bu, 2009-cu ilin üçüncü rübündən bəri ən aşağı göstəricidir. Təhlilə görə, Almaniya avtomobil istehsalçılarına qarşı mövcud təzyiq 2008-2009-cu illər böhranı ilə müqayisə edilə bilər. Başqa heç bir böyük avtomobil istehsalçısı Almaniya qədər pis nəticə göstərməyib. Müqayisə üçün, Yapon avtomobil istehsalçılarının əməliyyat mənfəəti eyni dövrdə təxminən 29%, ABŞ və Çindəkilərdə isə təxminən 14% azalıb.
EY-nin avtomobil eksperti Konstantin Qall bildirir ki, qlobal avtomobil sənayesi dərin böhran yaşayır.
“Lakin Almanyanın avtomobil istehsalçıları hazırda xüsusilə çox əziyyət çəkirlər".
O, səbəblər kimi bahalı premium avtomobillərə tələbatın zəifliyini, ABŞ tariflərini, əlverişsiz valyuta məzənnələrini və istehsalın modernləşdirilməsi və elektrikli nəqliyyat vasitələrinə investisiya qoyuluşunun yüksək xərclərini göstərib. Alman avtomobil mütəxəssisi Ferdinand Dudenhöfferin sözlərinə görə, Almaniyada avtomobil istehsalı gələn il azalmağa davam edəcək. O bildirib ki, Almaniya avtomobil zavodlarında məşğulluq 2027-ci ilə qədər hazırkı 720.000-dən 650.000-ə düşə bilər.
Ekspert qeyd edib ki, Almaniyanın və bütövlükdə Avropanın avtomobil sənayesində rolu getdikcə daha az əhəmiyyət kəsb edir.
"Asiyada artım baş verir və Asiya avtomobil istehsalçıları - Yaponiya, Cənubi Koreya və Çin - avtomobil biznesində getdikcə daha çox üstünlük təşkil edirlər".
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır












