Altımetrlik zirehli limuzin-krossover təqdim olundu - FOTO

Altımetrlik limuzin-krossover "Aurus Komendant" təqdim olunub.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, onun istehsalçısı olan Rusiyanın RIDA şirkətinin rəsmi saytında avtomobilin fotoşəkilləri və xüsusiyyətləri açıqlanıb.
Bu modifikasiyanın təqdimatı 2023-cü ilin avqustunda baş tutsa da, hazır məhsul yalnız indi ortaya çıxıb.
Limuzin orijinal krossoverdən fərqli qapıları və daha uzun gövdəyə malik olması ilə seçilir.
Onun əsas xüsusiyyətləri dəbdəbəli salonla yanaşı, VR7+/VR8 səviyyəsində ballistik qorunma, təkər deşildikdən sonra belə 50 kilometrdən çox məsafə qət etmək imkanıdır.
Stroboskoplar və damdakı antenlər göstərir ki, bu limuzin xüsusi təyinatlı qarajlar üçün hazırlanıb. Belə maşınların kütləvi istehsalı şübhə altındadır, çünki adi sedan əsaslı limuzinlərdən fərqli olaraq, burada daha çox orijinal hissələr istifadə olunur.
RIDA-nın məhsullarının qiymətləri açıq şəkildə elan edilmir, lakin adi Komendant krossoveri təxminən 1 milyon manata başa gəlir. Zirehli versiya adətən iki dəfə bahadır, xüsusi limuzin isə daha da əlçatmazdır.
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi
Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR

















