“Audi” 600 mindən çox avtomobili geri çağırır

“Audi” şirkəti emissiya problemləri ilə əlaqədar dünya üzrə 604 min 543 avtomobili iki kampaniya çərçivəsində geri çağırır.
Avtosfer.az “Bild” qəzetinə istinadla xəbər verir ki, birinci və daha böyük geri çağırma kampaniyası Federal Avtomobil Nəqliyyatı İdarəsi (KBA) tərəfindən siyahıya alınan 342 min 179 avtomobili əhatə edir. 2005-2010-cu illər istehsalı olan A4, A6 və A8 model avtomobillərin 128 min 959-u Almaniyadadır.
KBA-nın məlumatına görə, həmin avtomobillərdə emissiyaya nəzarət sistemində yaranan problemlərin aradan qaldırılması üçün mühərrikin proqram təminatının yenilənməsi nəzərdə tutulur.
İkinci geri çağırma isə 2010-2017-ci illərdə istehsal olunan 262 min 264 ədəd A4, A5, A6, A7, A8, Q5 və Q7 model avtomobilləri əhatə edir. Bu avtomobillərin isə 50 min 713-ü Almaniyadadır. Həmin avtomobillərdə işlənmiş qazın təkrar dövriyyəsi səviyyəsinin normalara uyğun gəlmədiyi bildirilir.
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?












