"Audi" beşsilindrli mühərriklə vidalaşır

"Audi" şirkəti təxminən yarım əsr tətbiq etdiyi beşsilindrli mühərriklə vidalaşır.
Avtosfer.az xəbər verir ki, bu mühərriklə hazırda RS3 modeli komplektləşdirilir. Sözügedən modelin istehsalı 2027-ci ildə daytandırılacaq. Bu da Avro-7 ekoloji normalarının qüvvəyə minməsi ilə üst-üstə düşür.
Bununla belə, Audi istehsalın dayandırılmasının ekoloji tələblərlə əlaqələndirilməsinin əsassız olduğu barədə məlumat yayıb. Bildirilir ki, mühərriki yeni ekoloji normalara uyğunlaşdırmaq mümkündür, lakin rentabelsizdir. 2027-ci ildən sonrakı modellər dördsilindrli mühəriklə təchiz ediləcək.
Qeyd edək ki, Audi beşsilindrli mühərriki ilk dəfə 1976-cı ildə 100 C2 modelində tətbiq edib. Ümumilikdə avtomobil sənayesində beşsilindrli mühərrik geniş yayılmayıb.
Vüqar
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












