Avropada avtomobil satışları artdı

Avqust ayında Avropa İttifaqının (Aİ) avtomobil bazarında satışlar əvvəlki ilin eyni ayına görə 4,7 faiz artıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) məlumat yayıb.
Bildirilir ki, avqustda Qərbi Avropada (Aİ, EFTA, Böyük Britaniya) 791 min 349 yeni avtomobil qeydiyyata alınıb. İlin əvvəlindən etibarən isə ötən ilin eyni dövrünə görə 0,4 faiz artımla ümumilikdə 8 milyon 691 min 840 avtomobil satılıb. Cari ilin ilk 8 ayında Aİ-də 1 milyon 132 min 603 elektrik avtomobili qeydiyyata alınıb ki, bu da Avropa bazarının 15,8 faizinə bərabərdir.
“Stellantis” qrupu isə avqustda 106 min 78 avtomobil satıb ki, bu da əvvəlki ilin eyni ayı ilə müqayisədə 2,2 faiz çoxdur. Qrupun bazar payı 13,4 faiz təşkil edib.
Qeyd edək ki, “Stellantis” şirkəti 2021-ci ilin yanvarında Fransanın “PSA” şirkəti və “Fiat-Chrysler” İtaliya-ABŞ birgə müəssisəsinin birləşməsi nəticəsində yaranıb.(azərtac)
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












