Avropalı nazirlər illik texniki baxışa “yox” dedilər

Avropa İttifaqında yaşı onu ötmüş avtomobillərin hər il texniki baxışa cəlb olunması ilə bağlı təklif qəbul edilməyib.
Avtosfer.az xəbər verir ki, Avropa İttifaqına üzv 27 ölkənin nəqliyyat nazirlərinin brüsseldə keçirilən illik iclasında əsas müzakirə mövzusu texniki baxış olub. Avropa Komissiyası bu məsələdə də ümumi qayda tətbiq etmək istəyir. Komissiya yaşı onu ötmüş nəqliyyat vasitələrinin hər il texniki baxışa cəlb olunması ilə bağlı təklif irəli sürüb.
Lakin təklif qəbul edilməyib. Nazirlər hazırda qüvvədə olan rejimin, yəni hər 2 ildən bir texniki baxışın saxlanmasını istəyiblər. Avropanın əksər ölkələrində avtomobillər istehsal olunduğu vaxtdan 4 və ya 5 il sonra 2 ildə bir dəfə texniki baxışa cəlb edilir.
Nazirlərin qənaətinə görə, hər il texniki baxışın keçirilməsi sürücüləri əlavə xərcə salır.
Vüqar
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi
Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR












