Avtomobil istehsalçıları son onilliklərin ən ciddi problemi ilə üzləşiblər

Almaniyanın ən iri sənaye sektoru olan avtomobil istehsalçıları son onilliklərin ən ciddi problemi ilə qarşılaşıb: ABŞ-ın yüksək idxal rüsumları, Avropada zəif tələbat, elektromobillərə keçid və Çində kəskin qiymət rəqabəti. Avtosfer.az "AZƏRTAC"a istinadən xəbər verir ki, Almaniya Kansleri Fridrix Merts çərşənbə axşamı Münxendə keçirilən “IAA Mobility” avtosalonunun açılışında ölkənin ağır vəziyyətdə olan avtomobil sektoruna dəstək göstərəcəyini bildirərək, bu sahəni Çin və ABŞ-dan gələn təhdidlərdən, eləcə də həddindən artıq bürokratiyadan qorumaq üçün innovasiyalara çağırıb.
“Təkcə elektromobil sahəsində deyil, bütün avtomobil sektorunda qlobal rəqabət güclənir. Bu rəqabət xüsusilə Çin və ABŞ tərəfindən hiss olunur”, – deyə Merts vurğulayıb.
Avropanın “Volkswagen”, “BMW” və “Fiat” kimi avtomobil istehsalçıları çinli rəqiblərlə yarışa girərək builki aparıcı avtomobil sərgisini yeni elektromobilləri və ucuz modelləri nümayiş etdirmək üçün istifadə ediblər. Lakin Avropa istehsalçıları ABŞ-ın avtomobillərə tətbiq etdiyi 27,5 faizlik yüksək idxal tarifləri ilə də üzləşirlər. Brüssel və Vaşinqton arasında bu rüsumun 15 faizə endirilməsi barədə çərçivə sazişi hələ qüvvəyə minməyib. Merts bəyan edib ki, Almaniyanın rifahının təmin olunması üçün avtomobil sənayesinin qorunması əsas əhəmiyyət kəsb edir. O, elektromobillərə keçid dövründə bu sektorun müdafiəsinin vacibliyini vurğulayıb. Çərşənbə axşamı nəşr olunan “Transport & Environment” adlı tədqiqat və təşviqat qrupunun hesabatına görə, “Mercedes-Benz” istisna olmaqla, bütün alman avtomobil istehsalçıları 2025–2027-ci illər üzrə Avropa İttifaqının karbon emissiyasının azaldılması üzrə qoyduğu hədəflərə doğru irəliləyirlər.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












